Dünya
Erməni hüquqşünas: “Erməni zabitlər əsgərlərin hər şeyini oğurlayır”
Ermənistan ordusunun əsgərləri üçün nəzərdə tutulan
ləvazimatların, qida məhsulları və geyimlərin satıldığı ilə bağlı
xəbərlər yayılıb.
Publika.az xəbər verir ki, “orer.am” saytının
məlumatında orduya ayrılan yanacağın da oğurlanaraq satıldığı
deyilir.
Hüquqşünas Qarik Qalikyan bildirib ki, Qarakənddə su daşıyan
hərbi maşınların sürücüləri oğurluq benzinin bir çənini 8 min drama
hərbiçilərdən aldıqlarını etiraf edirlər. İstənilən şəxs hərbi
hissə komandanlığı ilə razılığa gələrək asanlıqla benzin, dizel
yanacağı və maşın yağı əldə edə bilər.
“Bu yaxınlarda Ermənistan ordusunda yanacağın oğurlanaraq
satılmasının qarşısı alınarkən qətl hadisəsi baş vermişdi. Belə ki,
hərbi qulluqçu Hovhannes Petrosyan İcəvanın hərbi hissələrindən
birində benzin oğurluğunun qarşısını alarkən qətlə yetirilimişdi.
Hovhannesin atası Vaçik Patrosyanın bildirdiyinə görə, oğlu
zabitlərə benzin oğurlamağa icazə vermədiyindən, zabitlər onun
başından güllə ilə vurublar. “Oğlum dəfələrlə bildirmişdi ki,
zabitlər hərbi hissədən benzin oğurluğu edirlər. O da oğurluğun
qarşısını almaq üçün bir neçə dəfə “kolonkanı” bağlayıb və nəticədə
zabitlər benzini oğurlaya bilməyiblər. Biz bilirik ki, elə bu
səbəbdən də onu qətlə yetiriblər”, - deyə Hovhannesin atası
bildirib. Ermənistan ordusunda qida məhsulları və geyimlərin xarici
ölkələrə satıldığı da məlumdur. Erməni zabitlər əsgərlərin hər
şeyini oğurlayır”, - deyə erməni hüquqşünas bildirib.
Asif
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"