Savçenko Ukrayna parlamentini qarışdırdı – İLK ÇIXIŞ/VİDEO
Bizi izləyin

Dünya

Savçenko Ukrayna parlamentini qarışdırdı – İLK ÇIXIŞ/VİDEO

Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv olunaraq həbsxanadan buraxılan Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlament kürsüsündən ilk çıxışını edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, deputat çıxışından sonra özünün təsvir olan plakat kürsünün qarşısından götürüb.

Savçenko onun yerinə Rusiyada saxlanılan Ukrayna siyasi dustaqlarının təsvirinin olduğu lövhəni yerləşdirib. Lövhədə “Kremlin dustaqlarına azadlıq!” yazılıb.

Ali Radanın üzvü həmçinin çıxışın sonunda Ukraynanın dövlət himnini oxuyub. Ona digər deputatlar da qoşulub.

Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm