Astroloji proqnoz - 26 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 26 iyun

Qoç - Ətrafınızdakılara qarşı çox tələbkar olmayın. Bundan başqa, başınızı qatacaq maraqlı bir iş tapın, tənbəllik, bekarçılıq sizi bədbinliyə sürüyəcək.

Buğa - İstirahət etməyə cəhd göstərin. Amma işləmək lazımdırsa, o zaman danışıqları təxirə salın.Vacib məsələləri müzakirə etməyin.

Əkizlər - Əcnəbilərlə görüşlər yaxşı keçəcək. Xaricə səfər ümidlərinizi doğruldacaq. Yaxınlarınızla pul və ya uzaq gələcək barədə planları müzakirə etməyin, vahid fikrə gələ bilməyəcəksiniz.

Xərçəng - Asan gün deyil, amma siz dözümlüsünüz. Evdə münaqişələr ola bilər.

Şir - Bu günün əksər hissəsini öz qorxu və zəifliklərinizzlə üzləşməyə sərf edəcəksiniz. Gün yaxşı keçəcək.

Qız - Zərərli vərdişlərdən imtina etmək məsləhətdir. Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün deyil.

Tərəzi - Uğursuz gündür, hər addımda bir problem yaranır. Şəxsi simpatiya və antipatiyanız işləri gərəkdiyi qaydada aparmağınıza mane olur.

Əqrəb - Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında iştirakınıza görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və ona minib uzaq səfərlərə çıxmaq qətiyyən məsləhət deyil.

Oxatan - Aktiv fəaliyyət, məqsədə doğru irəliləmək üçün uyğun gündür. Yaxşı formadasınız, hətta artan gərginlik də sizi yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq, uzaq səfərlərə getmək olar.

Oğlaq - Günün əksər hissəsi başınız məişət işlərinə, ailə qayğılarına qarışacaq. Bütün işlərə vicdanla yanaşırsınız. Odur ki, istənilən problemin həlli adətən olduğundan daha çox vaxt alır.

Dolça - Gün çox şey vəd edir. Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan verməyin.

Balıqlar - Qohumlarla ünsiyyət, ailə bağlarının möhkəmləndirilməsi üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı xalalarla söhbət sizə xoş təsir bağışlayacaq. Onların həyat təcrübəsi, müdrikliyi son günlərin hadisələrinə başqa nöqteyi-nəzərdən yanaşmağa imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm