Dünyanın ən gözəl qadınlarını çəkən fotoqraf vəfat etdi – FOTOLAR
Bizi izləyin

Magazin2

Dünyanın ən gözəl qadınlarını çəkən fotoqraf vəfat etdi – FOTOLAR

Dünən axşam saatlarında məşhur fashion-fotoqrafı Bill Kanninqem 87 yaşında Nyu-Yorkda vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Bill Kanninqem küçə stili (street style) janrının yaradıcılarından biridir. O, dəfilələrdə diqqəti podiumdan küçə stilinə yönəltməyi bacarmış və bununla da dəb sənayesinin gedişatını tamamilə dəyişmişdi. O, eləcə də bu janrın bütün dünyada inkişaf etdirilməsinə nail olub.

Qeyd edək ki, fotoqraf neçə illər dəb həftələrinə gələn ulduz qonaqların, məşhur modapərəstlərin, dünyanın ən gözəl aktrisa və modellərinin küçə stillərini çəkib. Bill modaya olan ehtirasını bu sözlərlə ifadə edirdi: “Moda dünyasını həmişə dəlicəsinə sevmişəm. Buna görə, dünyanı gəzməyi heç vaxt düşünməmişəm. Çünki axtardıqlarımı Nyu-Yorkda tapa bilirdim. Əvvəllər həmişə küçədə çəkirdim, çünki içəriyə daxil ola bilmirdim”.

“Vogue” jurnalının baş redaktoru Anna Vintur müsahibələrinin birində Bill haqqında bunları deyib: “Dəb həftələrində iştirak edən bütün qadınlar onun üçün geyinirdi. O, sadəcə olaraq öz əsas kredosuna əsaslanırdı: “Kim gözəllik axtarır, o, onu mütləq tapacaq!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm