Qrad döyüş başlığı və tank mərmisi aşkar edildi - Ağcabədidə
Bizi izləyin

Hadisə

Qrad döyüş başlığı və tank mərmisi aşkar edildi - Ağcabədidə

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Publika.az-a ANAMA-dan verilən məlumata görə, 26 İyun tarixində rayonun Minəxorlu kəndində 1 əkin sahəsinə və Muğanlı kəndində Qar-Qar çayı sahilinə baxış keçirilib.

İki ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı və BK14-M 125 mm-lik tank mərmisi) aşkar olunub. Mərminin daşınması mümkün olmadığı üçün yerində partlayış yolu ilə məhv edilib. Gün ərzində 15 000 kv. m ərazi təmizlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm