Ərdoğan İsrail-Fələstin problemini müzakirə etdi
Bizi izləyin

Dünya

Ərdoğan İsrail-Fələstin problemini müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasa zəng edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışıqları zamanı Ərdoğan Mahmud Abbasa Türkiyə ilə İsrail arasında yaranan gərgin münasibətləri düzəltmək üçün müzakirə aparılması barədə məlumat verib.

Rəcəb Tayyib Ərdoğanla Mahmud Abbas arasında baş tutan telefon görüşü zamanı Qəzzadakı vəziyyətlə bağlı söhbət açılıb.

Ərdoğan Mahmud Abbasa söz verib ki, İsraillə aparılan danışıqlarda Qəzza ilə bağlı Fələstin maraqları mütləq nəzərə alınacaq.

Fələstin rəhbəri isə danışıqlardan məmnun qaldığını bildirib. O qeyd edib ki, Türkiyənin apardığı bu danışıqlar İsraillə Fələstin arasında körpü yarada bilər.

Xatırladaq ki, iyunun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda qəbul etdiyi Həmas Siyasi Bürosunun rəhbəri Xalid Meşala da İsraillə münasibətlərdə yaranan irəliləyişlərlə bağlı məlumat vermişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm