Rusiya prezidenti: “Təslim olmağa hazırlaşmırıq”
Bizi izləyin

Dünya

Rusiya prezidenti: “Təslim olmağa hazırlaşmırıq”

“NATO-nun Rusiya sərhədlərində hərəkətləri mövcud hərbi pariteti dağıdır”.

Publika.az “RİA-Novosti” agentliiynə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin səfirlər və Rusiyanın daimi nümayəndələri ilə görüşdə bildirib.

“Rusiyanı daim ittiham edirlər ki, biz hansısa hərbi fəallığı həyata keçiririk. Harada? Öz ərazimizdə. Onlar isə Rusiya sərhədlərində. Bu, normaldır? Polşa və Baltikyanı ölkələrdə operativ reaksiya gücləri yerləşdirilir, həmin ölkələr hücum silahları ilə doldurulur. Bütün bunlar onilliklərlə formalaşmış hərbi paritetin dağıdılmasına yönəldilib”, - dövlət başçısı qeyd edib.

Həmçinin Putin qeyd edib ki, son zamanlar dünyada münaqişə potensialı artır. Rusiya liderinin sözlərinə görə, təhlükəli toqquşmalardan qaçmaq yalnız dialoqun köməyi ilə mümkündür.

“Amma hərbi ritorikaya təslim olmağa hazırlaşmırıq. Görünür, bizi məhz buna itələməyə çalışırlar”, - Rusiya lideri əlavə edib.

Putin bildirib ki, Moskva Qərb daxil olmaqla, bütün partnyorları ilə açıq və dürüst qarşılıqlı münasibətlər qurmağa çalışır. Onun sözlərinə görə, Moskva öz iradəsini heç kəsin üzərinə qoymağa hazırlaşmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm