“Novruz Naxışı” fotoşop müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bizi izləyin

Qırmızı.az

“Novruz Naxışı” fotoşop müsabiqəsinin qalibləri mükafatlandırıldı

Virtual Qarabağ mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Novruz Naxışı” fotoşop müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Publika.Az-ın məlumatına görə, mərasimdə “Novruz Naxışı” layihəsinin rəhbəri Emil Məmmədli çıxış edərək layhə barəsində iştirakçılara məlumat verib və təqdim olunmuş işləri iştirakçılara təqdim edib.

Layihəyə 30-dan çox iş təqdim olunub və onlar arasından təşkilat komitəsi tərəfindən 3 qalib seçilib. Layihənin qalibi Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Fidan İsmayılova olub.

Daha sonra iştirakçılara sertifikat və fotoşopun əsasları barəsində kitabçalar təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm