Savçenko Rostovu Ukraynaya “birləşdirdi”
Bizi izləyin

Dünya

Savçenko Rostovu Ukraynaya “birləşdirdi”

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Odessada mətbuat konfransı keçirən Savçenko Rostov şəhərinin Ukraynanın olduğunu bildirib.

“Həbsxanada mənə deyirdilər ki, Odessa anadır, Rostov ata. Xatırlamaq lazımdır ki, Odessa Rusiyanın deyil, amma Rostov Ukraynanındır”, - o, deyib.

Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərini qanunsuz şəkildə keçməkdə şübhəli bilinən Savçenko bu ilin martında Rostov vilayətinin Doneçk şəhər məhkəməsi tərəfindən 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm