Türkiyədə Konstitusiya dəyişdirilir
Bizi izləyin

Dünya

Türkiyədə Konstitusiya dəyişdirilir

İstanbuldakı Boğaziçi körpüsünün adı dəyişdirilir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin 3 saatdan çox davam edən iclasından sonra verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşündə də bu məsələ müzakirə olunub.

Nazirlər Kabinetinin qərarı ilə də Boğaziçi körpüsünün adı 15 iyul şəhidlər körpüsü adlandırılacaq. Eyni zamanda İstanbulda və Ankarada şəhidlərin xatirəsinə bir abidənin ucaldılması qərara alınıb.

Bundan başqa Konstitusiya dəyişikliyi də gözdən keçirilib və ortaq fikir əldə olunub. Nazirin dediyinə görə, Konstitusiya dəyişikliyinə əsasən bəzi idarələrin Daxili İşlər Nazirliyinin tabeçiliyinə keçəcəyi nəzərdə tutulur.

Watch video!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm