Yaponiyada əlillərin qətliamı: 19 ölü, 26 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Yaponiyada əlillərin qətliamı: 19 ölü, 26 yaralı (YENİLƏNİB)

Yaponiya məhdud imkanlı insanların yaşadığı tibb müəssisəsində qətliam törədilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, cinayət ötən gecə Saqamihara (Kanaqava prefekturası) dəmir yolu stansiyasınln iki kilometrliyində törədilib.

Satosi Uemasu adlı silahlı müəssisəyə girib və pasiyentlərə hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 26 nəfər yaralanıb. Həkimlərin məlumatına görə, yaralananlardan 20-nin vəziyyəti ağırdır. Müəssisədə hücum zamanı 19 yaşdan 75 yaşa kimi 149 pasiyent olub.

Silahlı hücumdan yarım saat sonra polis bölməsinə gələrək təslim olub.

Cinayətin motivləri hələ ki məlum deyil. “Kyodo” informasiya agentliyinin məlumatına görə, cinayətkar bu müəssisədə 2012-ci ilin fevral ayından işləyirdi və o, bu ilin fevralında işdən çıxıb.

“Kyodo” yazır ki, cinayətkar fevral ayında parlamentə məktub verməyə çalışırdı. Məktubun məzmunu açıqlanmır. Polis bu informasiyanı təsdiq edib. Polis əməkdaşları hadisənin terror aktı olduğunu təsdiqləməyiblər.

***

02:30

Yaponiyanın Kanaqava perfekturasında naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində ən azı 19 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, insident nəticəsində daha 20 nəfər ağır yaralanıb. Təqribən 20 yaşı olan cani yaxalanıb.

Yerli NHK telekanalı polisə istinadən xəbər verib ki, əlillər evində törədilən hadisə nəticəsində 15 nəfər ölüb, 45 nəfər yaralanıb. Onlardan 20-nin vəziyyəti ağırdır.

Kanal xəbər verir ki, qırğını törədən 26 yaşlı gənc özü polisə təslim olub və günahını etiraf edib.

Hadisə Bakı vaxtı ilə 21.30-da baş verib. Sözügedən şəxs polisə həmin internatda işlədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm