Putin: “Uzağı görməyən siyasətbazlar...”
Bizi izləyin

Dünya

Putin: “Uzağı görməyən siyasətbazlar...”

“Rusiya idmançılarının ətrafındakı vəziyyət hüquq və sağlam düşüncənin çərçivələrindən çıxıb”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkənin olimpiya yığmasının üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, uzağı görməyən siyasətbazlar idmanı sakit qoymurlar. Dövlət başçısı əlavə etdi ki, Rio-de-Janeyroda Olimpiya oyunlarında rusiyalıların olmaması beynəlxalq idman yarışında rəqabəti azaldacaq.

Putin həmçinin bildirib ki, Rusiya təmiz dopinq tarixinə malik olan yüngül atletlərin oyunlardan kənarlaşdırılması ilə razılaşa bilməz və qanuni yollarla həqiqətə nail olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm