Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı
Bizi izləyin

Dünya

Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı

Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə səfər edəcək.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “T24.com.tr” saytı bildirib.

Saytın məlumatına görə, Rusiya lideri Antalyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Hər iki siyasətçi Rusiya və Türkiyənin futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq matçını izləyəcək.

Hələlik informasiya rəsmən təsdiqlənməyib. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, səfərlə bağlı qərar hələ qəbul edilməyib.

“Dünən sosial şəbəkələrdə belə informasiya var idi. Ancaq hələlik Rusiya prezidentinin səfəri barədə qərar qəbul edilməyib. Səfərin reallaşması çox yaxşı olardı. Səfər münasibətlərimizin normallaşmasının sonrakı prosesinə töhfə verə bilərdi”, - nazir bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm