Haker əleyhinə çip yaradılıb
Bizi izləyin

Texnoloji

Haker əleyhinə çip yaradılıb

Ən müxtəlif təyinatlı elastik kompyuter çiplərinin istehsalı hakerlərin asanlıqla müxtəlif qurğuların çiplərinə müdaxiləsinə səbəb olur. İndi informasiya və kompyuter təhlükəsizliyi problemi bir çox kompyuter şirkətləri üçün həlledici amildir. Çünki çiplərə qurulmuş “troyan”ların köməyi ilə qurğulara müdaxilə mümkündür. Bu səbəbdən Nyu-York Universitetinin nəzdində Tandon Mühəndislik Məktəbinin professoru Siddxartx Qarq özündə iki modul birləşdirən unikal kompyuter çipi hazırlayıb.

Bu iki modul ayrı-ayrı hesablamalarla məşğul olur. Birinci modul hesablamalar üçün məsuliyyət daşıyır, ikinci modul isə birincinin hesablamalarını diqqətlə izləyərək onu yoxlayır. Viruslar proqram təminatından fərqli olaraq, kompyuter çipinə gizlicə inteqrasiya edilir ki, onları da izləmək çətin olur.

Məhz bu səbəbdən S.Qarq və onun komandası problemə başqa istiqamətdən yanaşaraq, iki moduldan ibarət çip hazırlayıb. Bu yanaşma "yenidən yoxlanan hesablamalar" adlandırılıb və çipin ilkin hesablamalarının daimi yoxlamasını nəzərdə tutur. S.Qarq əmin edir ki, çipin ikinci moduluna müdaxilə qeyri-mümkündür.

Qeyd edək ki, kompyuter çipi üçün ikinci modul olduqca mobildir və qurğunun funksionallığına heç bir mənfi təsir etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm