Daşkəsəndə qasırğa evlərin damını dağıtdı (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Daşkəsəndə qasırğa evlərin damını dağıtdı (YENİLƏNİB)

Gecə Daşkəsəndə baş verən təbii fəlakət dağıntılara səbəb olub.

Publika.az Kəpəz TV -yə (Region TV) istinadən xəbər verir ki, güclü küləklə müşayiət olunan qasırğa rayonda 10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb.

2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq elektrik dirəyi aşıb, 500 metr məsafədə elektrik xəttləri qırılıb, rayonun Xoşbulaq kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan dəyib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

***

Güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri qırılıb, bəzi binaların dam örtükləri dağılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, saat 20 radələrindən başlayaraq güclü leysan yağışla müşahidə olunan qasırğa səbəbindən elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü uçub. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb.

Qasırğa avtomobillərin hərəkətini də məhdudlaşdırıb.

Hazırda yağışlı və küləkli hava şəraiti davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm