Qırmızı.az
Vazehin 220 illiyi ilə bağlı konfrans keçirilib
Bu gün Gəncə Dövlət Universitetində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı elmi- praktik konfrans keçirilib.
Konfransda universitetin müəllim- tələbə kollektivi iştirak edib. Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə elm, mədəniyyət beşiyi olan qədim Gəncə şəhərinin yetişdirdiyi dühalardan danışdı. Bildirdi ki, onların arasında “Gəncəli müdrik” kimi tanınan Mirzə Şəfi Vazehin ədəbi fəaliyyəti xüsusi önəm kəsb edir. Onun ədəbiyyata verdiyi töhfələr nəinki Azərbaycanda, eyni zamanda dünyanın müxtəlif ölkələrində, rus, fars, sanskrit, çin, fransız, ingilis, italyan, latın, polyak, alman, yunan, rumın, macar, ərəb və başqa dillərə tərcümə olunaraq yayılıb.
Mirzə Şəfinin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənildi. “Mirzə Şəfi Vazeh poeziyası zahiri, batini və bəşəri kontekstdə”mövzusu ilə ətraflı çıxış edən GDU-nun filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov ədibin yaradıcılığını geniş təhlil etdi. Məruzə ilə bağlı GDU-nun pedaqoji fakültəsinin dekanı, professor Bayram Apoyevin sualları cavablandırıldı.
İkinci məruzə ilə çıxış edən universitet pedaqogika və təhsilin əsasları kafedrasının müdiri, dosent Allahverdi Qocayev “Mirzə Şəfi Vazehin pedaqoji baxışları” mövzusunda ətraflı məlumat verərək şairin həyat və yaradıcılığında yer almış bir neçə maraqlı faktları üzə çıxardı.
Məruzələrdən sonra yazıçı- həkim Zaur Quliyev və Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının Gəncə şöbəsinin sədri, əməkdar incəsənət işçisi, şair-dramaturq Sahib İbrahimli çıxış edərək bu toplantının əhəmiyyətindən söhbət açdılar. Həmçinin konfransda Mirzə Şəfinin ədəbi irsinin öyrənilməsi üçün bir neçə fənnin seçmə fənn kimi tədrisinə başlanması və Gəncə şəhərində “Divani- hikmət” ədəbi məclisinin bərpa olunması təklifi irəli sürüldü.
Sonda çıxış edən YAP Gəncə şəhər Təşkilatı İdeoloji şöbənin müdiri, fəlsəfə doktoru Hüseyn Budaqov konfransın yüksək səviyyədə təşkil olunduğunu, konfransda dəyərli məruzələrin dinlənildiyini vurğuladı. Universitetin professor- müəllim, tələbə kollektivinə uğurlar arzuladı.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək