Dünya
Ermənilər qorxuya düşüb
"Ermənistan üçün Rusiya silahının
Bakıya satışı qəbuledilməzdir".
ANS PRESS-in məlumatına görə, bu haqda
jurnalistlərlə söhbətdə Ermənistanın baş naziri Ovik Abramyan
bildirib.
Hökumət başçısı qeyd edib ki, buna baxmayaraq
İrəvan anlayır ki, Moskvanın öz ticarət maraqları
var.
Latın Amerikasına rəsmi səfərin gedişatında
Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya silahının satışı
faktı ilə əlaqədar Azərbaycanı tənqid etməsi barədə suala Abramyan
cavab verib ki, belə qısa fikirlə razı deyil və tənqid nisbi
anlayışdır.
Baş nazir "Avrasiya İqtisadi İttifaqına
Azərbaycanın daxil olmasını mümkün hesab edirmi?" sualını Abramyan
belə cavablandırıb: "Bu məsələ müzakirə edilmir".
Xatırladaq ki, Ermənistan prezidenti Serj
Sarkisyan Argentinanın "La Nacion" nəşrinə müsahibəsi zamanı Rusiya
silahının Bakıya satışını şərh edərkən bunları bildirib: "Bizim
üçün bu, çox ağrılı mövzudur və bizim xalqımızı bu fakt çox narahat
edir ki, bizim strateji müttəfiqimiz silahı Azərbaycana satır. Amma
mən əminəm ki, Ermənistanın gücü və bacarığı öz sərhədlərini
qorumaq üçün çatacaq. Baxmayaraq ki, Rusiya Bakıya silahını satır,
mən şübhə etmirəm ki, bizim üçün çətin dəqiqədə Rusiya öz üzərinə
götürmüş öhdəlikləri yerinə yetirəcək".
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO