Nida.az
Azərbaycanda “İğtişaş vaxtı, USAID”– Şok video
Bu günlərdə Azərbaycanda 2,4 milyonluq “gizli qrant müsabiqəsi” ilə gündəmə gələn USAID fondu haqda sosial şəbəkələrdə olduqca ilginc video yayılıb.
Publika.az xəbər verir ki, Rusiya jurnalistləri tərəfindən iki il öncə hazırlanan videomaterialda USAID-in Rusiyada iğtişaşları necə yaratması araşdırılır. “İğtişaş vaxtı, USAID” adlı videoda bu təşkilatın SSRİ-nin dağılmasından sonra Rusiyaya yol tapdığı deyilir.
“USAID-in məqsədi və fəaliyyəti gözə xoş gəlirdi. Humanitar yardımlar, təhsilin, mədəniyyətin, demokratiyanın inkişafı təşkilatın əsas profili bu idi. Daha sonra, humanitar adı altında iğtişaşların planlaşdırılması ortaya çıxdı və Rusiya küçələrində insanların axışması, iğtişaşların baş verməsi kimi bir çox hadisələrin altında USAID-in imzası var idi. Rusiya bunu anladı və onun fəaliyyətini məhdudlaşdırdı”, - deyə rusiyalı jurnalistlər təşkilatla bağlı deyir.
Bu videomaterial USAID-in profilindəki humanitar istiqamətlərin alt qatındakı məqsədləri açığa çıxardır. Hansı ki, eyni proseslərə son 10 ilin xronologiyasında Azərbaycanda cəhd edilib və bir neçə gün öncə milyonluq qrant qalmaqalında belə demək mümkünsə növbəti cəhd aşkarlandı.
Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Zahid
Oruc da Publika.az-a açıqlamasında bildirib ki,
USAID-in Azərbaycanda xəfiyyə maraqları var.
“Beynəlxalq qrant layihələri üzərində qeyri-şəffaf əllər işləyir və
əksər vaxt bu xarici maliyyələr anti-hökumət qüvvələrə verilir. Bu
dövr ərzində onların çoxları qeyri-leqal, mənşəyi şübhəli olan,
Azərbaycan dövlətinə qarşı nəinki QHT fəaliyyəti, açıq şəkildə
siyasi casusluq fəaliyyəti aparanları qrantlarla
mükafatlandırırlar”, - deyə komitə üzvü bildirib.
2015-ci il parlament seçkiləri öncəsi Azərbaycanda “İğtişaş vaxtı”nın hazırlana biləcəyi ehtimalları mümkündür.
Seçki məsələləri üzrə ekspert Vəli Əlibəyli də Publika.az-a bildirib ki, 2015-ci il seçkilərində Azərbaycana kənar müdaxilələrin olması istisna deyil.
“Azərbaycanda kənar dövlətlərin maraqları mövcuddur. Onlar öz
təsirlərini artırmaq üçün müəyyən fəaliyyətlər də həyata keçirir.
Xüsusilə seçki ərəfələrində bu tipli layihələr işə düşür. Bu
baxımdan, növbəti seçkilərdə də heç nəyi istisna etmək olmaz”, -
deyə o bildirib.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR