Nida.az
Dönən çarx: Putin sui-qəsdin qarşısını aldı, yaxud o, nəyi etiraf edir?
Rusiya prezidenti Vladimir Putinin dünənTəhlükəsizlik Şurasının təcili iclasını çağırması Moskva üçün mənfi tendensiyaların başlanğıcı kimi qiymətləndirilir. Siyasi müşahidəçilər Ukrayna səmasında Malayziyanın “Boeing-777” təyyarəsinin vurulmasından sonra proseslərin Kremldə istənilməyən xətt üzrə inkişaf etdiyini dilə gətirirlər.
Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın məşhur politoloqlarından olan Stanislav Belkovski “Boeing-777” təyyarəsinin vurulmasından sonra Rusiya üçün tamamilə xoşagəlməz vəziyyətin yarandığını bildirib.
“Putin artıq qalib gəlirdi. O hətta ABŞ və Avropa Birliyi
arasında da münasibətləri pozmağı bacarmışdı. Amma “Boeing-777” hər
şeyi dəyişdirdi. İndi hamı yenidən Putinə qarşıdır və onu təslim
etməyə qərar verib. Ukrayna ordusu ölkənin şərqində şəhərləri
bir-bir azad edir. Rusiyada artıq silahlı və “sözə baxmayan”
döyüşçülərin tezliklə ölkəyə axışacağından danışır. Onların
narazılığından çevriliş vaxtı istifadə edilə bilər”, – deyə o
bildirib.
Erməni ekspert Naira Ayrumyan hesab edir ki, Vladimir Putinin
çağırdığı Təhlükəsizlik Şurası faktiki olaraq Qərbin
sanksiyalarının təsir etdiyinin etiraf olunması idi: “Etiraf olundu
ki, Rusiya iqtisadiyyatı xarici dünyadan həddindən artıq asılıdır.
Amma əsas odur ki, Putin ölkədə kiminsə rəngli inqilabı həyata
keçirməyə çalışdığını etiraf etdi. Təhlükəsizlik Şurasının
başlanmasına qədər Rusiya KİV-i yazırdı ki, “müstəqillik və ərazi
bütövlüyü” məsələlərinin müzakirə olunacağı iclasda ordunun
Ukraynanın Şərqinə daxil edilməsi danışıla bilər. Ancaq
Təhlükəsizlik Şurasının iclasından bir neçə saat əvvəl çox şeylər
dəyişdi və iclasda tamamilə başqa sözlər səsləndi”.
N. Ayrumyanın sözlərinə görə, Putin Rusiyanın ətrafındakı ilgəyin
onun boynuna çox yaxınlaşdığını anlayıb: “Buna görə də o, xüsusi
olaraq bildirdi ki, Rusiya rəngli inqilab cəhdlərinə yol
verməyəcək. Rusiyada rəngli inqilabı kim etməyə hazırlaşır? Bəlkə,
Putin bu dəfə sui-qəsd və çevriliş cəhdinin qarşısını almağı
bacarıb?
Putin həm də anlayır ki, bu, sonuncu dəfə olmayacaq. Əbəs yerə
deyil ki, Təhlükəsizlik Şurasının katibi Patruşev iclasdan sonra
bildirdi ki, müxalifət Putinə qulaq asmalıdır. Hətta Putin
müxalifətin xoşuna gəlməsə belə”.
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Putinin
rəhbərlik etdiyi “Vahid Rusiya” Partiyasının siyasəti ölkə
iqtisadiyyatını durğunluq həddinə gətirib çatdırıb. “Bunu adi gözlə
də görmək mümkündür”, - deyə sabiq nazir deyib.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."