Qırmızı.az
Avtobus ilə “VAZ” toqquşdu: sürücü öldü
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, gecə saatlarında Bakı-Şamaxı-Yevlax
yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı)
ərazisindən keçən hissəsində vətəndaşa məxsus "Mercedes" markalı
sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu
Osmanova məxsus "VAZ" markalı minik avtomobilinin toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən
məlum olub ki, minik avtomobilinin sürücüsü L.F.Osmanov aldığı ağır
bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif
kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq
aidiyyatı üzrə təhvil verilib.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”