Bilgi.az
Sirli və mistik təsadüflər
Sirli və mistik təsadüflər
1664-cü il dekabrın 5-də Uels sahillərində gəmi batdı. Səksən bir sərnişindən yalnız biri sağ qaldı – Hyu Vilyams.
Bu hadisədən 121 il keçmiş, dekabrın 5-də 1785-ci ildə bu sularda yenə gəmi batdı. Burada da cəmi bir sərnişin xilas oldu. Onun da adı Hyu Vilyams idi. Təsadüflər bununla bitmədi.
Daha 75 il keçdi. 1860-cı il dekabrın 5-də yenə bu ərazidə kiçik qayıq batdı. Yalnız bir sərnişin xilas oldu. Sizcə onun adı nə idi? Bəli, Hyu Vilyams.
Ən qatı materialistlər belə illərdir bu sirli təsadüflərdən baş aça bilmir. Bunu nə ilə izah etmək olar axı, bu nədir – tale? Bu suala heç kim cavab tapa bilmir.
Kral və restoran sahibi
Yaxud başqa bir hadisə. 1900-cü ilin iyununda İtaliya kralı
Umberto, Monza şəhərindəki restoranda nahar edirdi. Nahar kralın
xoşuna gəldi və o, restoranla maraqlandı. Məlum oldu ki, elə
restoran sahibinin də adı Umbertodur. O, kralla eyni gündə anadan
olmuş və eyni gündə evlənmişdi. Hətta arvadlarının da adı eyni
idi.
O da məlum oldu ki, kralın tacqoyma mərasimi günü olarkən, Umberto
da bu restoranı açıb. Hər ikisi bu təsadüfə çox sevindilər.
Qərara aldılar ki, sabahı gün görüşüb, bir yerdə stadiona getsinlər. Amma restoran sahibi Umberto səhəri gün qəfil vəfat edir. Kral bunu eşidəndə çox pis olur, təəssüf hissi keçirir. Ancaq kədərlənməyə vaxt tapmır. Bir neçə saat sonra kral Umperto bir terrorçu-anarxist tərəfindən sui-qəsdə uğradılaraq öldürülür.
“Titanik”
1896-cı ildə Londonda çox da məhşur olmayan fantast yazıçı Morqan Robertsonun “Titanın sonu” adlı kitabı işıq üzü gördü. Kitabda “Titan” adlı nəhəng gəminin ilk və son reysindən söhbət açılırdı. Gəmi aysberqlə toqquşaraq batır. Əksər sərnişinləri həlak olur. Kitabda hətta gəminin batma tarixi də göstərilir: 1912-ci il.
Bəli, 1912-ci ildə məhz “Titanik” gəmisi aysberqlə toqquşaraq batır. Maraqlı burasıdır ki, kitabda həlak olanların sayı, gəminin texniki xarakteristikası tam dəqiqliklə göstərilmişdi.
İlqar Atabəyli
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır