Qırmızı.az
Liseylərə qəbul elan edildi
Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərin VII, VIII və IX siniflərinə şagird qəbulu elan edilib. Nazirikdən Publika.az-a verilən məlumata görə, liseylərdə yüksək qabiliyyətli şagirdlərin təhsili üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq şərait yaradılacaq.
Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki
lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün
zəruri maddi-texniki baza ilə təchiz ediləcək.
Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac
yarandıqda yataqxana ilə təmin olunacaqlar.
Liseylərə qəbul imtahanları 15-16 avqust 2014-cü il tarixlərində
iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin
intellektual potensialını müəyyən etmək üçün psixoloji test təşkil
olunacaq. İkinci mərhələdə VII sinif şagirdləri Azərbaycan dili və
riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili,
riyaziyyat, fizika, kimya və biologiya fənlərindən liseylərin
profilinə uyğun olaraq imtahan verəcəklər.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər avqustun 12-dək
liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə
bilərlər.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."