Bakı metrosu fransızlara etibar edildi
Bizi izləyin

Qırmızı.az

Bakı metrosu fransızlara etibar edildi

“Bakı Metropoliteni” Fransa şirkəti ilə müqavilə imzalayıb.

Publika.az-a qurumun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanmışdı. “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləriylə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulmuşdu. Artıq belə bir müqavilə “THALES SA” şirkətilə imzalanıb.

İmzalanan ilk müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub. İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə olan Avtovağzal və Memar Əcəmi-2 (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək. Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər ös əksini tapıb. Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan faktorunun minimuma endirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm