Nida.az
“Kimlər gəldi, kimlər getdi”- Arif Hacılı ilə Qubad İbadoğlunun maraqlı dialoqu
Müsavat başqanlığına əsas iddialı iki namizəd Qubad İbadoğlu ilə Arif Hacılı arasında maraqlı dialoq yaşanıb.
Publika.az xəbər verir ki, dialoqa Müsavat Partiyası Divanını üzvü, iqtisadçı-ekspert Q.İbadoğlu başlayıb.
O, “facebook” profilində bir foto paylaşaraq “Bu şəkil təxminən
10 il əvvəl “Rəsulzadə-Elçibəy fraksiyası” nın Müsavat Partiyasına
qoşulduğu gün çəkilib. O zaman Divan üzvləri fraksiya üzvləri ilə
birlikdə bu tarixi fotoya imza atdılar. Baxın görün kimlər gəldi və
kimlər getdi” yazıb.
Qeyd edək ki, fotoda olan Sülhəddin Əkbər və Rasim Musabəyov artıq
Müsavatdan ayrılıblar.
Başqanlıq yarışında əsas rəqibi olduğu deyilən Q.İbadoğlunun
sözlərinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri A.
Hacılı cavab yazıb.
“Orada olmasam da şəklin tarixini dəqiq bilirəm. 22 oktyabr
2004-cü il. Həmin gün prokuror mənə 6 il, digər 16 oktyabr
məhbuslarına da xeyli müddətli həbs cəzası istəmişdi. Buna etiraz
edən fraksiyaçılar Müsavata daxil olmaq barədə qərar verərək
Müsavatın qərargahına gəlmişdilər. Bu şəkil də həmin gün çəkilib”,
- deyə o, bildirib.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?