Suriyada qanlı toqquşma: 30 ölü
Bizi izləyin

Dünya

Suriyada qanlı toqquşma: 30 ölü

Suriya ordusu müxaliflərin nəzarət etdiyi bölgələri bombalayıb.

ANS PRESS-in məlumatına görə, Suriya ordusunun döyüş təyyarələrinin İdlib şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 30 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Müxaliflər Suriya ordusunun yaşayış məntəqələrinə çəllək bombaları atdığını və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu bildiriblər.

Suriya ordusu paytaxt Dəməşq yaxınlığında müxaliflərin ələ keçirdiyi Cobar bölgəsinə də hücumlar ediblər. Müxaliflər gün ərzində Cobar bölgəsinə 60-dan çox çəllək bombası atıldığını açıqlayıblar.

Suriya ordusunun bölgəyə hücumlarını intensivləşdirməsi əhalinin sürətlə Cobarı tərk etməsinə səbəb olub.

Müxaliflər verdikləri itkiləri açıqlamasalarda Suriya ordusuna məxsus 3 tank və bir zirehli maşının məhv etdiyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm