Qırmızı.az
Elşad Eyvazlı: "Beş yaş - böyük zaman, həm də çox kiçik vaxtdır"
Bu gün modern.az saytının 5 yaşı tamam olur. Həmkarlarımızı
Publika.az kollektivi adından təbrik edir, onlara yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq. Bu ad günündə saytın baş
redaktoru Elşad Eyvazlı ürək sözlərini bölüşüb:
- Elşad müəllim, sentyabrın 1-i Modern.az-ın 5 yaşı tamam
olur. Əvvəlcə sizi və rəhbərlik etdiyiniz kollektivi AzNews.az
adından təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.
Bəllidir ki, bu illər ərzində kifayət qədər nüfuz qazanmısınız və
ciddi bir imiclə fəaliyyət göstərirsiniz. Amma istərdim bu 5 il
müddətində hansı uğurları qazandığınızı öz dilinizdən
eşidim...
- Təşəkkür edirəm təbrikinizə görə.
Beş yaş Modern.az üçün böyük bir zaman və həm də belə baxanda çox
kiçik bir vaxtdır. Bu illər ərzində hesab edirəm ki, rəhbəri
olduğum sayt ölkənin media bazarına daxil ola bilib.
Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, rəhbəri olduğum sayt
ölkə mətbuatında müəyyən mənada öz sözünü deyib. Təbii ki, qarşıya
qoyduğumuz hədəflərə tam çata bilməmişik. Amma hər halda öz ciddi
xəbərləri və o cümlədən etibarlılıq məsələsində Modern.az saytının
ölkəmizin media bazarında müstəsna yeri var. Buna sübut olaraq deyə
bilərəm ki, hər hansı bir dövlət qurumu ilə bağlı saytımızda
məlumat gedəndən 5-10 dəqiqə sonra həmin məsələyə müvafiq qurumdan
konkret reaksiya verilir. Bir sözlə, şou, erotika, porno,
dezinformasiya xəbərlərin baş götürdüyü indiki vaxtda etibarlılıq
məsələsini saytımız qazanıb.
- Təbii ki, bu işlər problemsiz ərsəyə
gəlmir...
- Əlbəttə... Sözüsüz ki, iş varsa, çətinliklər də var. Bu illər
ərzində xeyli çətinliklər keçmişik. Saytın ikinci ilində bağlanmaq
təhlükəsi var idi. Burada konkret ad çəkəcəm. O vaxt “525-ci
qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi,
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid olmasaydı, yəqin
ki, bu gün Modern.az saytı olmayacaqdı. O, saytın çətin günündə
davam dedi və bu işdə bizə stimul verdi. O, mənə bildirdi ki, bir
az güclü və səbirli olmaq lazımdır. Həmin vaxt əməkdaşlara belə
əmək haqqı vermək gücümüz yox idi. Belə vəziyyətlər hazırda da
tez-tez təkrar olunur. Biz ən çox gənclərlə işləməyə üstünlük
veririk. Uzun illər mətbuatda çalışan dostlarımızla bir arada
çalışmağı çox arzu edirəm. Sadəcə, onlara yaxşı məvacib verilməsi
məsələsində xeyli problemlərimiz olduğuna görə bunu edə bilmirik.
Bir sözlə, çətinliklər və yaxşı günlərimiz də olur. Keşməkeşli
yollarla gəlib 5 ilə çata bilmişik. Amma hər halda hesab edirəm ki,
internet portallarının çox olduğu bir zamanda fəaliyyət göstərmək
asan bir məsələ deyil. O mənada ki, sıradan sayt olmaq təbii, bizim
arzu və istəyimiz deyil.
- Xəbər portallarında “kopiyalama” xəstəliyi sürətlə
yayılır. Bəziləri bunu xəbər qıtlığı ilə əlaqələndirirlər. Siz də
xəbər qıtlığı hiss edirsinizmi?
-Bəzi sayt rəhbərləri hansısa bir xəbərin və yaxud yazının onlara
rəqib olmadığını deyirlər. Açıq şəkildə deyirəm ki, dostlarımız
birmənalı şəkildə bilməlidirlər ki, onlara xəbərlər "podnos"da
göndərilir. Amma bu günə qədər bizə "podnos"da hər hansı bir xəbər
verilmədiyinə görə də müəyyən problemlərimiz olub. Hazırda da bu
problemlər yaşanmaqdadır. Amma hesab edirəm ki, iş varsa,
problemlər də var. Bunun öhdəsindən də gəlməyi qarşımıza məqsəd
qoymuşuq. Xəbər qıtlığı ola bilməz. Xəbər həmişə var, onu tapıb
cəmiyyətə təqdim etmək lazımdır. Bununçün də çalışmaq, zəhmət
çəkmək gərəkir.
- Gələcəkdə hansı planlarınız var? Hıədəfləriniz daxili
bazardadır, yoxsa xarici ölkələrdə də tanınmaq, istinad mənbəyinə
çevrilməyi arzulayırsız?
- General olmaq arzusunda olmaq istəməyən əsgərin qəhrəman bir
əsgər olmasına inanmıram. Təbii ki, ola da bilməz. Biz də istərdik
ki, modern.az daha qabağa getsin. Qafqazda və dünyanın hər bir
yerində tanınsın. Amma təbii ki, istəklə imkanlar bəzən üst-üstə
düşməyə bilər. Gələcəkdə modern.az saytında müxtəlif xarici
dillərdə xəbərlərin verilməsini istərdik. Bugünkü saytın maddi
imkanı hələ ki, buna çatmır. Digər tərəfdən bizdə gedən yazılara
dəfələrlə ermənilər reaksiya veriblər. Almaniya, Türkiyə və
dünyanın ayrı-ayrı yerlərində bu cür reaksiyalar olub. Bu gün
modern.az saytının maddi imkanın o qədər yaxşı olmaması ucbatından,
saytın daha öndə olması üçün arzularımızı sandığa qoyub
saxlayırıq.
- Daxili bazarda hansı xəbər saytını modern.az-a rəqib
görürsünüz?
- Demək olar ki, ölkədə hər gün yeni xəbər portalları yaranır. Buna
da çox sevinirəm. Desəm ki, bəzi xəbər saytlarına rəqib kimi
baxmıram, bu, səmimi cavab olmaz. Təbii ki, öndə gedən
saytlarımızla rəqabət var. Amma bizim getdiyimiz yolda bizə
rəqiblər çox azdır. Bizim aparıcı saytların və agentliklərin
rəhbərləri var ki, Modern.az hər hansısa maraqlı xəbər verəndə buna
qısqanclıqla yanaşırlar. Məndə isə qısqanclıq yoxdur. Açıq şəkildə
deyə bilərəm ki, Azərbaycanda saytların 90 faizindən çoxu şou
xarakterli xəbərlərə üstünlük verirlər. Amma modern.az ölkəmizdə
özünə məxsus üslubu və yolu olan saytdır. Bizim üslubumuzda gedə
biləcək xəbər portal görmürəm. Bunun da səbəbi var. Azərbaycanda
bəlkə də 5 jurnalist ola bilər ki, mənim qədər informasiyalı olsun.
Amma mən informasiyanın heç birini dəqiqləşdirməmiş verə bilmərəm
və bunu düzgün hesab etmirəm. Bəzi həmkarlarımız harada nə
eşidirlərsə, dəqiqləşdirməmiş sayta yerləşdirirlər. Bu kimi
məsələlər şəxsən modern.az saytından uzaqdır.
- Bu günün KİV mətbəxində aktual problemlərdən biri də
xəbərlərin oğurlanması, istinad edilməməsi problemidir. Sizin də
xəbərləriniz tez-tez oğurlanırmı?
-Hər bir mükəmməl xəbər hansısa bir saytda yerləşdiriləndə biz
təbii ki, bunu istinadla götürüb saytımızda yerləşdiririk. Çünki bu
jurnalistin və saytın öz əməyidir. Bu gün artıq xəbəri saytdan
götürüb özlərinin malı kimi saytlarına yerləşdirən portalların sayı
kütləvi şəkil alıb. Modern.az başlayanda bu cür hallarla
rastlaşanda zəng vurub, xəbərə istinad etdirə bilirdik. Amma
hazırda bu məsələ kütləvi hal alıb. Vaxt edə bilmirik ki, sözü
gedən saytlara zəng edib istinad elətdirək. Bu məsələ də ölkə
mətbuatında ciddi problem olaraq qalır. Hesab edirəm ki, əksər
aparıcı sayt redaksiyaları bu problemlərlə üzləşir. Bunu bir gün
qarşısı alınmalıdır. Dəfələrlə olub ki, anspress.az bizim
saytımızda xəbəri götürərək istinadsız verib. Özəl olaraq xəbər ilk
modern.az və yaxud digər saytlarda çıxırsa, başqa saytlar niyə
istinadsız bu xəbəri verməlidirlər ki? Aparıcı informasiya
agentliklərində də bəzən bu cür hallara əl atırlar. Modern.az-dakı
xəbəri aparıcı agentliklər istinadla verməyi özlərinə sığışdırmır
və istinadsız verirlər. Hesab edirəm ki, bütün KİV-lər istinad
məsələsinə həmrəyliylə yanaşsa, daha yaxşı olar.
-Yeri gəlmişkən, modern.az üçün əsas “İp”dir, yoxsa
xəbər?
- Modern.az heç zaman “İp” dalınca qaçmır. “İp” bütün saytlar kimi
bizdə də önəmli məsələdir. Amma mən milli maraqlarımızın əleyhinə
olan xəbərlərlə “İp” yığmağın əleyhinəyəm. Bu gün ölkədə fəaliyyət
göstərən saytların “İp”də ciddi problem var. Bəziləri erotik, porno
xəbərlər yaymaqla, bəziləri də xüsusi robort kompüterlər vasitəsi
ilə saytın “İp”nin artırılması ilə məşğuldurlar. Amma modern.az
saytı heç zaman bu cür yollarla oxucu sayı özündə toplamır.
- Nədənsə modern.az-da reklamlar azdır... Şirkətlər
media ilə işləməyə cəhd etmir?
-Bəzi xəbər saytları yuxarıda qeyd etdiyim kimi, oxucu deyil,
müxtəlif yollarla “İp”ni qaldırıb şirkətlərdən reklam alırlar. Bəzi
şirkətlər də “İp”si cüzi olan xəbər saytlarına reklam verirlər.
Adam bunu görəndə lap dəhşətə gəlir. Bu onu göstərir ki, sayta hər
hansısa bir şirkətdən reklam almaq üçün gərək, özünün şəxsi
imkanlarından istifadə edəsən. Azərbaycanda reklam bazarında ciddi
problemlər hələ də yaşanır. Bu gün media orqanlarına reklam verən
şirkət özlərinin xeyri deyil, əksinə şəxsi münasibətlərə daha çox
üstünlük verirlər. Hər bir xarici ölkələrdə iri transmilli və eyni
zamanda yerli şirkətlər sosial məsələlərlə bağlı vəsait ayırırlar.
Bu vəsaitlərin müəyyən hissəsi mediada reklam məsələsinə
yönəldilib. Azərbaycan mediasının bu məsələdə Türkiyə təcrübəsindən
yararlanması kifayət qədər yaxşı hal olardı və hesab edirəm ki, bu
da saytların inkişafına müəyyən dərəcədə müsbət təsir göstərə
bilər.
AzNews.az
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR