Avropaya mühacirət edən “siyasilər” geri qaytarılacaqmı? - Şərh
Bizi izləyin

Nida.az

Avropaya mühacirət edən “siyasilər” geri qaytarılacaqmı? - Şərh

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə mindi.

Yeni qaydalara bir sıra güzəştlər daxildir. Ən diqqətçəkən məqam isə qanunsuz miqrantların geri qaytarılmasıdır. “Readmissiya haqqında saziş Aİ ölkələri və Azərbaycan hakimiyyətləri üçün dəqiq öhdəlikləri və prosedurları müəyyən edir. O, tərəflərin ərazisində qanunsuz olan adamları nə zaman və necə toplamağı tənzimləyir. Onlar təkcə hər iki tərəfin ərazidə qanunsuz olan vətəndaşlarına deyil, həm də müəyyən tərəflə (məsələn, viza və ya yaşamaq üçün sənəd) dəqiq əlaqəyə malik olan üçüncü ölkələrin vətəndaşlarına və qeyri-leqal vəziyyətdə olan vətəndaşlığı olmayan şəxslərə aiddir. Readmissiya haqqında sazişin tətbiqi zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulduğu kimi, insan haqlarına hörmət edilməsinə tam zəmanət verilir”,- sazişdə deyilir.


Bildiyimiz kimi, bir sıra Azərbaycan vətəndaşı Avropa ölkələrində “siyasi mühacir” statusu almağa çalışır. Bunun üçün hətta istənilən vasitəyə də əl atılır. Bəzən, mitinqlərdə məqsədli şəkildə iştirak, polislə qarşıdurmaya gedərkən fotoqrafın obyektinə düşmək istəyi və bir sıra bu kimi metodlar bizə tanışdır. Artıq bu gün Avropa ölkələrində Azərbaycandan getmiş “siyasi mühacir ordusu” formalaşıb. Bu sazişin müzakirəsi zamanı onların sosial şəbəkələrdə təşvişinin də şahidi olduq.

Sazişin qüvvəyə minməsi ilə ortaya çıxan əsas sual qanunsuz miqrasiya edən, xüsusilə müxtəlif yollarla “siyasi mühacir” almış şəxslərin Azərbaycana qaytarılması ilə bağlıdır.

Publika.az-a açıqlamasında bunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev hesab edir ki, bunun mümkün olması heç də asan deyil.

Onun sözlərinə görə, oturmaq hüququ alan şəxs geri qayıtmaq istəmirsə, onu buna məcbur edirlər.

“Siyasi sığınacaq adı ilə gedənləri getdikləri ölkə ətraflı araşdırır. Onun haqqında informasiyalar həqiqidirsə, o, heç bir halda geri qaytarılmır. Bu beynəlxalq hüquqda qadağandır, həm də bəzi ölkələrin siyasi maraqlarından irəli gəlir. Əgər kimsə cinayətkardırsa və siyasi sığınacaq almaq istəyirsə, onun haqqında araşdırma aparılır və hər şey ortaya çıxır. Ölkəsi geri istədiyi halda həmin şəxs geri verilir. Digər tərəfdən, indi Avropa ölkələri bu məsələlərə demokratik dəyərlər prizmasından baxırlar”.

F. Mehdiyev qeyd edib ki, yeni sazişdə köklü dəyişikliklər yoxdur. Onun sözlərinə görə, bir sıra sadələşdirmələr olsa da, bəzi məsələlər əvvəlki kimi qalır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm