Kiyev NATO-dan aviasiya göndərməyi xahiş etdi
Bizi izləyin

Dünya

Kiyev NATO-dan aviasiya göndərməyi xahiş etdi

Ukrayna ABŞ və NATO-dan ölkənin şərqinə hərbi aviasiyanı göndərməyi xahiş edir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Polşanın RAR xəbər agentliyi ölkəsinin yüksək vəzifəli diplomatına istinadən bildirib.

Polşa diplomatının məlumatına görə, Kiyev ABŞ və NATO-nun Rusiya ilə münaqişədə iştirak etməsini istəyir. O, qeyd edib ki, hazırda Ukraynaya silah çatdırılması ilə bağlı qadağa mövcud deyil .

“Kiyev çox istəyərdi ki, ABŞ və NATO Rusiya ilə münaqişədə iştirak etsin. Necə ki bu Şimali İraqda İŞİD terror təşkilatına qarşı aviasiya zərbələri ilə edilir”. - agentliyin həmsöhbəti qeyd edib.

Onun sözlərinə görə, NATO-nun 4-5 sentyabr tarixlərində Uelsdə keçiriləcək sammitdə Ukraynaya silah çatdırılması məsələsi müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm