Dünya
İŞİD-in əsl hədəfi Türkiyədir
İngiltərənin nüfuzlu “Tayms” (“Times”) qəzeti İŞİD-in əsl hədəfinin Türkiyə olduğunu bildirib.
Axar.az xəbər verir ki, məqalədə ingilis jurnalisti Devid Heynsin öldürülməsindən sonra terror təşkilatının bu hədəfinin ortaya çıxdığını qeyd olunub:
“Burada əsl hədəf Britaniya deyil, Türkiyədir. İyun ayında Türkiyənin Mosul Konsulluğunu ələ keçirən İŞİD-in əlində 49 türk girovu var. ABŞ və Britaniya müharibə üçün geniş bir koalisiya meydana gətirməyə çalışdığı bir vaxtda Suriya ilə böyük sərhədlərə malik olan və NATO -nun çox əhəmiyyətli bir bazasına sahib Türkiyənin koalisiyaya qoşulması İŞİD üçün fəlakət ola bilər. Buna görə də terrorçular jurnalisti öldürməklə əslində Türkiyəyə mesaj göndərdi ki, koalisiyaya qoşulsan, 49 girovunu da onların aqibəti gözləyir. Buna görə də Ərdoğan müharibəyə qoşulmaqda könülsüzdür”.
Qəzetin şərhinə görə, Türkiyənin müharibəyə qoşulmaması terrorçulara əlavə stimul verir:
“Türkiyə yaradılan ittifaqın üzvləri arasında hücuma ən çox açıq olan və ən əhəmiyyətli məkandır. Xarici terrorçuların tranzit yol kimi istifadə etdiyi bu ölkə qapılarını bağlayarsa, İŞİD faktiki olaraq mühasirəyə düşər. Digər tərəfdən, Türkiyənin İraqla mal mübadiləsini 30 faiz azaltması İŞİD-in maliyyə qaynaqlarının iflası deməkdir”.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək