Dayanacaqda ölən şəxs Xalq artisti imiş - Foto
Bizi izləyin

Qırmızı.az

Dayanacaqda ölən şəxs Xalq artisti imiş - Foto

2014-09-17 16:44:00

Bakı şəhərində kişi meyiti tapılıb.

Paytaxtın Nəsimi Rayon Polis İdarəsindən verilən məlumatına görə, 28 may metrosunun yaxınlığında, avtobus dayanacağının qarşısında üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşında olduğu güman edilən kişi meyiti tapılıb.

Mərhumun ürək tutmasından öldüyü ehtimal edilir.

Hazırda polis ölən şəxsin kimliyini araşdırır.

***

2014-09-18 00:05:00

Dayanacaqda ölən şəxsin kimliyi müəyyənləşib.

Moderator.az-ın məlumatılna görə, bu, Xalq artısti Eldar Axundovdur. E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Ona Xalq artisti fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm