Sahibkarlara 193,4 milyon manat güzəştli kredit verilib
Bizi izləyin

Digər

Sahibkarlara 193,4 milyon manat güzəştli kredit verilib

Bu ilin ötən dövrü ərzində 3903 sahibkara 193,4 milyon manat güzəştli kredit verilib.

Publika.az İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirir ki, kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verib:

“Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8756 investisiya layihəsinin maliyyələşdirilməsinə 379,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. 31000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm