Nida.az
Bakı-Ankara-Tehran-Moskva dördlüyü nəyi anladı -Təhlil
Ukraynada nüfuz uğrunda Qərb və Rusiyanın sərt mübarizəsi post-sovet ölkələrdən daha çox ən neytral ölkə Azərbaycana təsir edir. Bakı hazırkı vəziyyətdə daha çox Qərbdən uzaqlaşmaqla regionun böyük oyunçuları - Moskva, Tehran və Ankara ilə əməkdaşlığa üstünlük verir.
Publika.az xəbər verir ki, Rusiyanın “Vestik Kafkaz” saytı
geosiyasi proseslər fonunda Azərbaycanın tutduğu siyasəti şərh
edir.
Sayt yazır ki, Bakı Avropa Birliyi ilə Assosiativ Sazişi
imzalamaqdan Ukrayna böhranından sonra imtina etdi. Azərbaycan
hakimiyyəti Qərb fondlarının maliyyəni ölkədə nəyə yatırdıqlarını
əla bilirdi və anlayırdı ki, Rusiya ilə münasibətlərdə risk etmək
arzuolunmazdır.
Avromeydandan çıxan nəticələri görən Bakı Vaşinqtonun sevimlilər
siyahısına girmədi. Təsadüfi deyil ki, Senat post-sovet məkanında
müttəfiqləri arasında Gürcüstan, Ukrayna və Moldovanı görsə də,
Azərbaycanın adını bura salmadı.
Buna paralel olaraq, Dmitri Roqozinin Bakı səfəri zamanı Bakı
Qərbin Rusiyaya qarşı sanksiyalarını sərt şəkildə pislədi.
Baş nazirin müavini Yaqub Eyyubov “heç kim Rusiyanın sındıra
bilməyəcək” açıqlamasını verdi, iki gün sonra Bakının Moskvadakı
elçisi Polad Bülbüloğlu bəyan etdi ki, Qərb Moskva ilə əlaqələri
kəsməsi üçün Azərbaycana təzyiq edir.
Sentyabrın 18-də Avropa Parlamentində qəbul edilən antiazərbaycan
qətnamə faktiki olaraq bu təzyiqi aşkar şəkildə büruzə verir. Hansı
ki, ölkədə “qərbçilər” vergidən boyun qaçırdıqları və casusluq
şübhələri ilə həbs olunublar. Həmçinin, istintaq indiyə qədər
aparılır və məhkəmə hələ hökm çıxarmayıb. Yəni nəticə haqqında
indidən danışmaq tezdir.
Azərbaycan belə yanaşmanı daxili məsələlərə kobud müdaxilə hesab
edir. Bakı avropalıların önünə hüququ pozulan bir milyon qaçqını
fakt olaraq çıxardır.
Azərbaycana qarşı “insan hüquqları dəyənəyi” avropalıların əlində
həmişə vasitə olub. Lakin son qətnamənin TANAP-ın imzalanması
ərəfəsində irəli sürülməsi diqqət çəkir. Bəzi ekspertlər hesab edir
ki, bu qətnamə nəinki Avropa Birliyinin mövqeyidir, daha çox erməni
lobbi qrupları tərəfindən irəli sürülüb. Məqsəd də Avropa üçün
əhəmiyyətli ölkəyə çevrilən Azərbaycanı “vurmaqdır”.
Ümumi fonda Bakının Qərblə saxladığı məsafəni bir qədər də
artırdığı görünür. Lakin bununla Azərbaycan təkcə Şimala yox,
cənuba da nəzərə salır. Bakının Tehranla münasibətləri Həsən
Ruhaninin prezident seçilməsindən sonra yeni impuls aldı. Hazırda
tərəflər yüksək vəzifəli nümayəndələrlə qarşılıqlı səfərlər edir.
Vaxtilə hər iki ölkənin KİV-də hökm sürən qarşılıqlı ittiham mühiti
yox olub. Azərbaycan prezidenti bu ilin aprelində İrana səfər etdi,
yaxın müddətdə Həsən Ruhaninin də Bakıya gələcəyi gözlənilir.
Bir neçə gün öncə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayevin Tehrana səfəri də bu qəbildəndir.
Bakı öz tarixi qardaşı Ankaranı da unutmur. Türkiyə əsasən Qərbin
partnyorudur, NATO-nun tamhüquqlu üzvüdür. Lakin Ərdoğan Türkiyə və
Azərbaycanın maraqlarında olduqca sərt mövqe nümayiş etdirir. Bu
gün hər iki ölkənin əlaqələri regionda və dünyada qibtə ediləcək
səviyyədədir. Bakı və Ankaranın sanki uzun müddətli strategiyası
var və tərəflər bir-birinə münasibətdə bu çərçivələrdən çıxmadan,
sanki bir dövlət kimi hərəkət edirlər.
Görünür, Əfqanıstan, İraq, Liviya və Ukrayna presedentləri Bakıda,
Ankarada, Moskvada və Tehranda nəticələr çıxardı və onsuz da
qeyri-sabit olan Qafqaz regionuna Qərbin müdaxiləsinə qarşı qəti
fikir formalaşdırdı.
Asif Nərimanlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."