Dünya
Saakaşvilinin işi 19 noyabra qaldı
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə ilkin dinləmələr 19 noyabr tarixinə keçirilib.
Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə Saakaşvilinin vəkili Otaq Kaxidze bildirib.
“İlkin dinləmələr 19 noyabr tarixinə keçirilib. Vaxt udmaq daha çox prokurorluğa lazımdır”, - deyə Kaxidze deyib.
Xatırladaq ki, 2 il əvvəl M.Saakaşvilinin partiyasının məğlubiyyətindən sonra sabiq baş nazir də daxil olmaqla, onlarla sabiq hökumət işçisi səlahiyyətdən sui-istifadə və rüşvətxorluqda ittiham olunaraq həbs edilib.
Saakaşvili də səlahiyyət həddini aşmaqda ittiham olunur. O, həmçinin 2007-ci ilin noyabrında paytaxt Tiflisdə aksiyanı yatırtmaq üçün zor tətbiq etməkdə və “İmedi” televiziya stansiyasına hücum çəkməkdə ittiham olunur.
O, hazırkı prezident Georgi Marqvelaşvilinin andiçməsindən dərhal sonra ölkəni tərk edib. Bir neçə dəfə ifadə verməsi üçün Gürcüstana çağrılmasına baxmayaraq, ölkəyə geri qayıtmayıb.
Onun Gürcüstandakı bütün əmlakına isə həbs qoyulub.
Ömər Dağlı
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO