“Həkimləri də məhbuslara diaqnoz qoymağa qorxurlar” – Erməni həbsxanasından şok təfərrüatlar
Bizi izləyin

Dünya

“Həkimləri də məhbuslara diaqnoz qoymağa qorxurlar” – Erməni həbsxanasından şok təfərrüatlar

Ermənistan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliyi icra edərək 2003-cü ildə ölüm hökmünü ləğv etdi. Ölüm cəzası ömürlük həbslə əvəz edildi.

Ancaq ermənilər Ermənistan həbsxanalarında cəzanın bu növünü çəkməyini ölüm cəzasından daha qorxunc hesab edirlər. Deyirlər ki, kamerada həyat ani ağrıdan daha ağırdır. Ermənistan həbsxanalarında ömürlük həbsə məhkum edilənlərin dözülməz şəraitdə yaşağıdığı bildirilir.

Bu günlərdə ömürlük həbsə məhkum edilmiş 40 nəfər “Nubaraşen” həbsxanasında müddətsiz aclıq aksiyasına başladılar və Ermənistan prezidentinə Serj Sərkisyana məktubla müraciət etdi. Məktubda müraciətin səbəbi kimi səlahiyyətli orqanlara etibarın olmaması göstərilir, onların fəaliyyətsizliyinin insanları qəti addımlar atmağa itələdiyi qeyd olunurdu. Məktubu imzalayan məhkumlar səlahiyyətli orqanların gerçək hadisələri prezidentə başqa formada çatdırımasından şübhələndiyini ifadə ediblər. Onlar həmçinin baş verən qanunsuzluqları birbaşa prezidentin özünə çatdırmaq üçün prezidentlə görüş də istəyiblər.

Bundan əvvəl isə iyul ayında məhbuslar aclıq aksiyası keçirmişdilər. Həmin vaxt məhbusları inandırmışdılar ki, bir ay ərzində tələblərinin yerinə yetirilməsi üçün lazımlı addımlara təşəbbüs ediləcək. Aksiyanı dayandırsalar da, Ədliyyə Nazirliyi tərəfindən lazımdı addımlar atılmadı. Həmin vaxt yayılan məlumata görə, məhbuslardan biri hətta etiraz forması olaraq barmaqlarını kəsmişdi. Bu erməni həbsxanalarında şikəst olmaq üçün yeganə vasitə deyil və hal deyil. Zaman-zaman müxtəlif etiraz formalarına müraciət edilir. “Nubaraşen” həbsxanasında ömürlük həbsə məhkumlardan biri təxminən biri – Qnun Vardanyan iki dəfə etirazın ekstremal üsuluna müraciət edərək ağzını tikib. Onun etirazı isə telefondan istifadə etmək hüququna məhəl qoyulmaması ilə bağlı idi.

Ömürlük həbsə məhkum edilənlərin saxlanma şəraiti barədə ədliyyə sisteminin rəhbərliyinə dəfələrlə müraciət edilib. Çoxsaylı şikayətlər və bəyanatlarla ömürlük məhbuslar diqqəti diqqəti özlərinə yönəltməyə çalışsa da bütün bu cəhdlər nəticəsiz qaldı. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu insanlarlar tamamilə təcrid olunublar, onların cəmiyyət və kütləvi informasiya vasitələrləri ilə əlaqəsi kəsilib. Ömürlük həbsə məhkum olunanlar haqqında bircə dəqiq informasiyanı ictimaiyyət alır. Bu isə onlardan kimin ölməsi ilə bağlıdır.

Məlumdur ki, ömürlük məhbusları çox pis yedirirlər və praktik olaraq müalicə almırlar. Xəstələr çox kritik şərtlərlə üz-üzədir, dərman, avadanlıqlar və tibb personalı yoxdur. Ağır xəstəliyi olan məhbuslar dövlət qanunvericiliyə əsasən ehtiyata buraxılmalıdır. İctimai müşahidəçilər qrupunun nümayəndəsi Robert Revazyan qeyd edr ki, cərrahiyyə əməliyyatlarına ciddi ehtiyacı olan məhbuslar da lazımlı tibbi yardım almırlar və həbsxanalarda qalmaqda davam edirlər.

“Kəskin şəkərli diabet xəstəliyi olan məhbuslardan biri 64 mq insulin dozasını alır. Qanunvericiliyə əsasən, əgər xəstə 60 mq-dan yuxarı insulin dozasını alırsa, o, azadlığa buraxılmalıdır. Çünki həbs müddətinin çəkilməsində ciddi maneələr yaranır. Ancaq heç kim onu ehtiyata buraxmağa hazırlaşmır”, - Revazyan bildirib.

İctimai müşahidəçilər qrupunun bir başqa nümayəndəsi Sergey Qabrielyan ömürlük həbsə məhkum olarların vəziyyətini təsvir edir: “Məhbuslardan birinin çənəsi sadəcə olaraq çürüyür. O, təcili əməliyyat keçirməlidir. Həbsxanada həkim olsa da, o, nəsə etməyə hazırlanmır, məhbus həbs müddətini çəkməkdə davam edir. Həbsxana rəhbərliyi əməliyyat üçün lazımı tibbi vasitələrin olmadığını bildirir”.

Həbsxana həkimləri də məhbuslara tez-tez ağır diaqnoz qoymağa qorxurlar. Çünki sağlamlıq vəziyyətinə görə məhbusların az da olsa azad edilməsi ehtimalı yaranır. Həkimlər isə həbsxana rəhbərliyi ilə problemlər yaşamaq istəmirlər.

R.Revazyanın fikrincə, belə bir təəssürat formalaşır ki, hakimiyyət sadəcə olaraq məhbuslarla nə edəcəyini bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm