Koalisiya qüvvəllərinin vəzifə bölgüsü açıqlandı
Bizi izləyin

Dünya

Koalisiya qüvvəllərinin vəzifə bölgüsü açıqlandı

İŞİD- qarşı yaradılan koalisiyada yer alan ölkələrin vəzifə bölgüsü açıqlanıb. Publika.az koalisiyaya qoşulan ölkələrin hesabatlarına əsasən xəbər verir ki,bu günə qədər İŞİD-lə mübarizəyə 780-939 milyon dollar civarında vəsait sərf olunub.

- ABŞ: IŞİD hədəflərinə onlarla hava hücümü həyata keçirib. Bundan başqa hərbi təlimçilər və canlı qüvvə göndərib.

- KÖRFƏZ ÖLKƏLƏRİ: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn Suriyadakı hava hücumlarında iştirak edib. BƏƏ və Qətərin hərbi bazaları hava hücumlarında istifadə edilir. Səudiyyə Ərəbistanı hərbi təlimlərə ev sahibliyi edir.

- İORDANİYA: İŞİD-in mövqelərini bombalayıb.

- MİSİR: Hələlik koalisiyada təmsil olunub olunmayacağı açıqlanmasa da, ölkə başçısı Əbdülfəttah əs-Sisi İŞİD-lə mübarizəyə dəstək verəcəyini və ölkəsinin təhlükəsizliyi üçün nə lazımsa etməyə hazır olduğunu bəyan edib.

- İSRAİL: Kəşfiyyat məlumatları ilə ABŞ dəstək olduğu bildirilir.

- İNGİLTƏRƏ: Tornado qırıcıları, təyyarələrə yancaq daşıyan hava gəmisi və kəşfiyyatı ilə İraqda koalisiya qüvvələrinə yardım edir.

- FRANSA: İraqda iki dəfə hava hücumu həyata keçirib. Birləşmiş Ərəb Əmirliklərinin hərbi bazalarından istifadə edir.

- AVSTRALİYA: 8 F/A-18 Hornet reaktiv təyyarəsi və 600 nəfərlik əsgəri heyətlə koalisiyaya qoşulub.

- BELÇİKA: Çox funksyalı 6 F-16 reaktiv təyyarəsi və 8-i pilot olmaqla 120 nəfərlik qrupu İordaniyadakı hərbi bazaya göndərib.

- DANİMARKA: 7 F-16 reaktiv təyyarəsi, 4 əməliyyat, 3 digər reaktiv təyyarə və 12 ay xidmət edəcək pilotlarla birlikdə koalisiyaya qoşulub.

- KANADA: Təxminən 70 nəfərə yaxın xüsusi təyinatlını Kürd peşmərgələrinə təlim keçmək üçün bölgəyə göndərib. Bundan başqa 8 CF-18 döyüş, bir tanker təyyarəsi və iki hərbi yük təyyarəsi ilə peşmərgəyə silah göndərib.

- ALMANYA: Heç bir hava hücumlarına qatılmasa da, Ərbildəki Kürd birliklərinə silah yardımı edir və bir qrup peşmərgənin Almaniyada təlim keçməsinə şərait yaradıb.

- YUNANİSTAN: Humanitar yardım edib. Eyni zamanda peşmərgələrə hərbi ləvazimatlar göndərib.

- MACARİSTAN: Təxminən 6 milyon moduldan ibarət 15 cür ləvazimatla yardım edəcəyini bildirib.

- RUMINYA: Hərbi və humanitar yardım etməklə kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm