Şimali Koreya lideri öldürülüb – Şok iddia
Bizi izləyin

Dünya

Şimali Koreya lideri öldürülüb – Şok iddia

Kim Çen İn Koreya İşçi Partiyasının yaranmasının 69-cu ildönümündə iştirak etməyib.

Axar.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bir aydır görünməyən Kim Çen İn barəsində müxtəlif fərziyyələr davam edir. 31 yaşlı liderin xəstələnməsi və onun əməliyyat olunduğu artıq öz təsdiqini tapıb.

İtaliyanın “La Repubblica” qəzeti isə hərbi çevrilişin olduğunu və hətta Kim Çen İnin öldürülmüş ola biləcəyini yazıb. Bu haqda Axar.az-da məlumat vermişdik.

Dünən yayılan xəbərlərdə isə, Kim Çenin hakimiyyətini qorumaq üçün müvəqqəti olaraq 27 yaşlı bacısı Kim Con Una ötürdüyü iddia edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm