Texnoloji
Elektron-imzanın alınması asanlaşdı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində vətəndaşlara elektron-imzanın verilməsini yüksək səviyyədə təşkil etmək üçün “qəbul otağı” yaradılıb.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, oktyabrın 1-dən istifadəyə verilən xidmət otaqlarında hər gün 80-100 e-imza sahiblərinə təhvil verilir. Fəaliyyətin yüksək səviyyədə qurulması nəticəsində müraciət edən şəxslər qarşılaşdıqları çatışmazlıqların tez bir zamanda həllinə nail ola bilirlər.
Eyni zamanda, hər bir rayonun poçt filiallarında e-imza almaq üçün qeydiyyat mərkəzləri yaradılıb. Vətəndaşlar paytaxta gəlmədən elektron imzanı yaşadıqları ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrindən ala bilərlər. E-imzanı əldə etmək üçün onlayn sifariş vermək mümkündür. Onlayn şəkildə qəbul olunan sifarişlər mərkəzdə hazırlanır və hazır məhsul sifarişçinin yaşadığı ərazi üzrə fəaliyyət göstərən poçt şöbələrinə göndərilir. Bundan sonra qeydiyyat mərkəzləri tərəfindən sifarişçi ilə əlaqə saxlanılır və e-imza sahibinə təhvil verilir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR