Federasiya ağır atlet axtarır
Bizi izləyin

İdman

Federasiya ağır atlet axtarır

Ağır Atletika Federasiyasında 500 min borcunu ödədikdən sonra yığma komandada növbəti dəyişikliyin olunması, Nizami Paşayevin yenidən milliyə qaytarılması və yeni baş məşqçinin təyin edilməsi barədə məlumat vermişdik. Yeni baş məşqçi bir vaxtlar İngiltərənin ağır atletika millisini çalışdırmış macarıstanlı Tamas Feherdir. Onun köməkçiləri Hafiz Süleymanov, Nizami Paşayevlə yanaşı, Xanlar Nəbiyev və Elmar Sultanov olub. (http://publika.az/p/47232)

Publika.az-ın əldə etdiyi məlumata görə, yeni baş məşqçi Tamas Feher ciddi tapşırıq verib. Həmçinin federasiya qarşısında şərt qoyub. Belə ki, o, milliyə yeni idmançılar cəlb etmək istəyir. Bunun üçün o, axtarış aparıb. Bəzi klublarda məşq edən idmançılarla tanış olub, onların potensialına yaxından bələd olmaq istəyir.

O, qarşıdan gələn yarışlara hazırlaşmaq, nəticə qazanmaq üçün cəzalandırılmamış idmançılar axtarır.

Federasiya da onun bu qərarına heç nə deməyib.

Deyəsən, federasiyanın gözü məşqçi sarıdan çox qorxub. Aldığımız digər məlumata görə, yeni baş məşqçi Tamas Feherlə federasiya arasında hələ də rəsmi müqavilə bağlanmayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm