Nida.az
İlham Əliyev qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Parlamentin sədri İlir Meta Azərbaycan ilə əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirdi, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğuladı. İlir Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verdiyini qeyd etdi, Albaniyanın Azərbaycan ilə siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu bildirdi. O həmçinin səfəri çərçivəsində Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini məmnunluqla vurğuladı. Albaniya parlamentinin sədri Azərbaycanı ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi.
Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayan dövlətimizin başçısı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanın Avropada, Asiyada, həmçinin Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu qeyd edərək, ölkəmizin Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu qeyd etdi, ölkələrimiz və xalqlarımız arasında yaxın əlaqələri nəzərə alaraq əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu bildirdi. TAP layihəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söylədi.
Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu qəbul edib.
Görüşdə ikitərəfli əməkdaşlığımızın səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edildi, bu baxımdan hər iki ölkə şirkətlərinin iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün perspektivlərin müəyyən edilməsinin önəmi bildirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova