Bakı-Qazax yolunda qəza, 15 yaralı var
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda qəza, 15 yaralı var

Bakının Qaradağ rayonunda sərnişin daşıyan “Ford” markalı avtobusla yük maşını toqquşub. Qaradağ rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Heydər ƏIiyev adına Dərin Özüllər Zavodunun qarşısında Fizuli-Beyləqan və Bakı istiqamətində hərəkət edən sərnişin avtobsu və yük maşınını toqquşub. Avtobusun aşması nəticəsində 20-yə yaxın insan yaralanıb.


Təcili Yardımdan Publika.az-a verilən məlumata görə, stansiyaya 15 nəfər yaralı müraciət edib. Lakin bu rəqəmlərin yaxın vaxtda dəyişə biləcəyi ehtimalı var.

Mərkəzi Neftçilər Xəsətəxanasından Publika.az-a bildiriblər ki, xəstəxanaya 10 yaralı daxil olub. Onların müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları xəbər verilir.


Faktla bağlı araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm