Bilgi.az
Hamilə qadın alliqatorla güləşdi – FOTOLAR
Florida ştatının sakini hamiləliyinin 8-ci ayında olmasına baxmayaraq, sözün əsl mənasında alliqatorla güləşir.
Adətən, hamilə qadınlar gələcək körpəsinin sağlamlığı naminə bir çox zərərli vərdişlərdən imtina edirlər. Lakin hamiləliyinin 8-ci ayında olan Marta Rivera qorxmadan timsahla mübarizəyə atılır.
Xarici mətbuatın verdiyi məlumata görə, Rivera və əri Ceffri, artıq 2 ildir ki, Florida ştatında yerləşən Everqleyds Milli parkında könüllü şəkildə işləyirlər. Cütlük əvvəlcə timsahları yemləməklə məşğul olub, lakin sonradan turistlər arasında məşhur olan "Kroko-restlinq"şoularında iştirak etməyə başlayıb.
Marta hamilə qalandan sonra da timsahlarla güləşməyi dayandırmayıb.
Qadının dediyinə görə, o, yırtıcının üstünə çıxaraq sinəsi və çənəsi ilə timsahın ağzını sıxarkən özünü tamamilə təhlükəsiz hiss edir.
Marta yerli mətbuata deyib: "Çalışıram hüdudlarımı aşmayım. Timsahlardan hansı ilə işləyib-işləməyəcəyimi bilirəm. Hansı trüklərin təhlükəsiz olduğunu də bilirəm. İnanın ki, mən nə özümün, nə də heyvanın həyatını təhlükə altına qoya bilərəm".
Amma iki həftə bundan qabaq Marta sonuncu şousunu göstərib və bundan sonra hamiləliyi ilə əlaqədar tamaşalarda iştirakını dayandırdığını elan edib.
Nura
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ