Fəttah Heydərov Qırğızıstana gedir
Bizi izləyin

Nida.az

Fəttah Heydərov Qırğızıstana gedir

Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, iclasda Azərbaycan Ağsaqqallar Şurasıının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcək.

Tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm