Madlen Olbrayt: “Putin başqa dünyada yaşayır"
Bizi izləyin

Dünya

Madlen Olbrayt: “Putin başqa dünyada yaşayır"

“Rusiya prezidenti Vladimir Putin başqa dünyada yaşayır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Litvanın “Delfi” nəşrinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt deyib.

“Mən Rusiyanın təbliğatından heyrətə düşmüşəm. Bu, SSRİ-ni və “soyuq müharibə” dövrünü xatırladır. Çox böyük səhvdir ki, dövlət başçısı vətəndaşlarına və qonşularına yalan danışır”, - deyə M.Olbrayt bildirib.

Keçmiş dövlət katibinin fikrincə, bu cür strategiyanın yaxşı perspektivi ola bilməz: “Putin öz ölkəsini təhlükəli istiqamətə aparır. Dövlət başçısının uydurulmuş şeyləri danışması təhlükəlidir. Məni şoka salır ki, Putin SSRİ-in dağılmasını iyirminci yüzilliyin ən böyük faciəsi hesab edir. Mən Rusiya sakinləri üçün təəssüflənirəm. Onlar ən yaxşı hökmdara layiqdirlər”.

ABŞ-ın Ukraynaya silah çatdırmasına gəlincə, M.Olbrayt bildirib ki, ABŞ və Ukrayna müdafiə nazirlər hazırda bu mövzunu müzakirə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm