Keçmiş erməni nazirdən etiraf: “Rusiyanın zəifləyən statusu Qafqaza təsir edəcək”
Bizi izləyin

Dünya

Keçmiş erməni nazirdən etiraf: “Rusiyanın zəifləyən statusu Qafqaza təsir edəcək”

Ermənistanın keçmiş xarici işlər naziri, “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Vardan Oskanyanın "Əl-Cəzirə” telekanalının saytında Rusiyanın Cənubi Qafqazdakı ambisiyaları ilə bağlı yazısı dərc olunub.

Publika.az-ın verdiyi xəbərə görə, Oskanyan regionda “Rusiya amili”nin daim xatırlanması üçün Moskvanın bütün vasitələrdən istifadə etdiyini qeyd edib.

Onun sözlərinə görə, ən azı yetmiş illik ümumi keçmişi olan Cənubi Qafqazın üç respublikasının müxtəlif yolları seçməsini təsəvvür etmək çətindir. Keçmiş xarici işlər naziri qeyd edir ki, Azərbaycan, Gürcüstan və Ermənistan bu gün yalnız din, etnik mədəniyyətlər, tarix və ya ənənələr baxımından deyil, həm də müxtəlif perspektivlər, ambisiyalar və cəhdlər baxımından bir-birindən fərqlənir.

V.Oskanyan qeyd edir ki, hər üç respublikanın Rusiyadan asılılığının müxtəlif dərəcəsi var və bu, Ermənistanda ən yüksək həddədir: “Rusiya Ermənistanın ən böyük ticarət partnyorudur, ən böyük investordur, təbii qaz və nüvə yanacağının yeganə təchizatçısıdır. Ancaq ən böyük asılılıq geosiyasidir. Hər üç respublika Rusiya tərəfindən yaradılan (Abxaziya və Cənubi Osetiya) və ya böyük oyunçu rolunu oynadığı (Dağlıq Qarabağ) münaqişələrlə mübarizə aparır”.

Sabiq nazir Rusiyanın bu gün ciddi geosiyasi və iqtisadi problemlərlə qarşılaşdığını qeyd edib: “Rusiya Qərb iqtisadi sanksiyalarının təsirini hiss etməyə başlayıb. Bu, neftin qiymətinin və rublun dəyərinin düşməsində, kapital axınının azalmasında özünü göstərir. Neftin qiymətinin düşməsi Sovet İttifaqının dağılmasından əvvəlki hadisələri çox xatırladır. Sovet İttifaqını tamamilə dağıtmaq üçün ikiillik durğunluq kifayət etdi. Rusiyanın zəifləyən statusu, şübhəsiz ki, Qafqaza böyük iqtisadi və siyasi təsir göstərəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm