Ən çox pivə hansı müsəlman ölkəsində içilir? - SİYAHI
Bizi izləyin

Bilgi.az

Ən çox pivə hansı müsəlman ölkəsində içilir? - SİYAHI

Azərbaycan müsəlman ölkələri arasında pivə istehlakına görə 4-cü yeri tutur.

Publik.az-ın məlumatına görə, bu barədə SABMiller təşkilatının hesabatında bildirlir. Hesabata görə, pivə populyarlığının ən sürətlə artdığı 10 ölkədən 7-i müsəlman ölkəsidir. Bu siyahıda Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya kimi ölkələrin adı var.

Müsəlman ölkələri arasında istehlakın artımına görə Azərbaycan yalnız İndoneziyadan geridə qalır. Lakin bu o demək deyil ki, İndoneziyada adambaşına pivə Azərbaycandan daha çox içilir.

SABMiller şirkətinin məlumatına görə, Azərbaycanda adambaşına pivə istehlakı ildə 6 litrə çatır, halbuki İndoneziya üçün bu rəqəm 1 litrdir.

Səudiyyə Ərəbistanında ildə adambaşına 5 litr, Misirdə 2 litr, Türkiyədə 11 litr, İranda 6 litr pivə içilir.

Beləliklə, SABMillerin statistikasına əsasən Azərbaycan müsəlman ölkələri arasında İranla birlikdə pivə istehlakına görə Qazaxıstan, Türkiyə və Özbəkistandan sonra 4-cü yerdə qərarlaşıb.

Keçmiş sovet respublikalarından Qazaxıstanda adambaşına ildə 33 litr, Rusiyada 65 litr, Belarusda 53 litr, Ukraynada 63 litr, Özbəkistanda 7 litr pivə içilir.

Dünya ölkələri arasında isə içilən pivənin həcminə görə Çin birinci yerdədir. Burada ildə 54 milyard litr pivə istehlak edilir. Lakin Çində adambaşına düşən pivə payı ildə cəmi 4 litr təşkil edir.

Avropada isə adambaşına içilən pivənin miqdarına görə, siyahıya Çex Respublikası və Almaniya liderlik edir.

Adambaşına 10 ən çox pivə istehlak olunan ölkələr (mötərizədə ümumi istehlak):

1. Çex Respublikası: 143 litr (1.5 milyard litr)

2. Almaniya: 110 litr (8.9 mlrd litr)

3. Avstriya: 108 litr (920 mln litr)

4. Estoniya: 104 litr (135 mln litr)

5. Polşa: 100 litr (3.8 mln litr)

6. Irlandiya: 93 litr (430 mln litr)

7. Rumıniya: 90 litr (1.8 mlrd litres)

8. Litva: 89 litr (260 mln litr)

9. Xorvatiya: 82 litr (346 mln litr)

10. Belçika: 81 litr (900 mln litr)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm