İŞİD İsraildən daha yaxşıdır! – VİDEO
Bizi izləyin

Dünya

İŞİD İsraildən daha yaxşıdır! – VİDEO

ABŞ-ın siyasi satiriki və rejissoru Emi Xorovis amerikalı tələbələrin siyasi baxışlarını sınaqdan keçirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sınaq ABŞ-ın tolerantlığı ilə ən məşhur ali təhsil müəssisələrindən olan Berkli Universitetinin şəhərciyinin ərazisində keçirilib.

Nəticə isə rejissor üçün gözlənilməz olub. O, ilk olaraq “İslam Dövləti” (İŞİD) terror təşkilatına dəstək şüarları səsləndirib və İŞİD bayrağını qaldırıb: "İŞİD-i anlamırlar. Biz yalnız özümüzün şəxsi dövlətimizə malik olmaq istəyirik. Amerika bizi niyə bombalamağa davam edir? Amerika və qərb imperializmi günahkardır, “İslam dövləti” deyil!"

Tələbələr rejissorun İŞİD-lə bağlı çıxışına qarşı narahatlığını ifadə etməyiblər. Nə kobud şəkildə qınanma, nə də etiraz olub. Heç kəs İŞİD-in üç Amerika vətəndaşını qətlə yetirməsini yada salmayıb. Hətta yoldan keçənlərdən biri razılıq əlaməti olaraq “Uğurlar!" deyib.

Amma İŞİD bayrağı ilə aksiya sınağın yalnız birinci hissəsi olub. Emi daha sonra tələbələrin dözüm nümayiş etdirəcəyinə əmin olaraq çıxışının ikinci hissəsini İsrailin bayrağı ilə etməyə qərar verib.

Tələbələrin qəddarlığı və yoldan keçənlərin hücumları Emini təəccübləndirib. Rejissor sonradan verdiyi müsahibədə bildirib ki, tələbələrdən biri “İsrail Avropada ən pis ölkədir” deyib: “O hətta bilmirdi ki, İsrail Qərbi Asiyadadır”.

"Bütün israillilər qatillərdir”, - tələbə qızlardan biri qışqırıb.

“Bəs HƏMAS?" - Xorovis sual verib və mənfi cavab alıb.

Rejissorun sözlərinə görə, o, insanların İsrailin bayrağına neqativ reaksiya verəcəklərini əvvəlcədən bilib. Amma onun İŞİD bayrağına olan münasibət təəccübləndirib: “Yanımdan keçən iki min tələbədən heç biri “İslam Dövləti"nin bayrağına mənfi reaksiya vermədi. Bu vəziyyət məni fikirləşməyə məcbur etdi ki, bizim maarifləndirici sistemimizə nə olur? Əgər bu bizim işıqlı gələcəyimizdirsə, onda biz fikirləşməliyik".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm