Bilgi.az
Arvadını göstərdi, ölümlə hədələndi – FOTO/VİDEO
Səudiyyə Ərəbistanında ruhani şəxsi televiziya ekranında həyat yoldaşını niqabsız göstərdiyi üçün ölümlə hədələnib.
Publika.az-ın xarici mediaya istinadən məlumatına görə, Şeyx Əhməd əl-Qamdi keçmişdə Məkkənin dini polisi vəzifəsində çalışıb. İndi isə ruhani şəxs və onun üzü makiyajlı həyat yoldaşı ictimaiyyət qarşısında çıxaraq bildirib ki, İslam qadının niqab bağlamasın tələb etmir. Onun həyat yoldaşı Cəvahir bint əl-Şeyx Əli ekranda gülümsəyib, üzünü bağlamayıb və bu azmış kimi dırnağında da boya olub.
Bu "radikal" fikirlər ölkədə ziddiyyətlərə yol açıb. "Twitter" istifadəçilərindən biri deyib: "İndi xoşbəxtsən? Hər bir mobil telefonda sənin həyat yoldaşının şəkili gəzir".
Əl-Qamdi şou proqram zamanı deyib: "Peyğəmbər qadının üzü bağlı gəzməsini tələb etməyib. Üzə makiyaj sürtməyə də icazə verilir".
Qeyd edək ki, Əl-Qamdi özü keçmişdə kişi və qadınların düzgün geyim forması və sərt şəriət qaydalarının riayət olunmasına nəzarət edən polis başçısı olub. İndi isə onun fikirləri öz vəzifəsinin tam əksini göstərir.
Əl-Qamdi televiziyada ifadə etdiyi fikirlərə görə, artıq ölüm təhdidi alıb. Səudiyyə Ərəbistanın ali ruhani şəxsi olan Şeyx Ədlüləziz əl-Şeyx keçmiş polis işçisinə qarşı yaradılmış qruplaşmaya daxil olaraq, əl-Qamdini efirə çıxaraq sözlərini geri götürməsini və Allahdan bağışlanması üçün dua etməsini tələb edib.
Nura
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO