Qoroskop
Astroloji proqnoz - 21 dekabr
QOÇ - Şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazansanız da, bu təqvimi mübahisəsiz başa vurmayacaqsınız. Ulduzlar son vaxtlar səbrsiz və əsəbi olmağınızdan şikayət edir.
BUĞA - Planetlərin yerdəyişməsinə təsadüf edən bu təqvimdə yaxşı olar ki, vacib işlərinizi təxirə salasınız. Vaxt tapıb müqəddəs ziyarətgahlarımıza səfər edin. Axşam maraqlı insanlarla üzləşəcəksiniz.
ƏKİZLƏR - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Axşama doğru yaxınlarınız tərəfindən sevinəcəyiniz gözlənilir.
XƏRÇƏNG - Gün ərzində yalnız adi işlərlə məşğul olmağa çalışın. Hansısa ciddi məsələyə müdaxilə etmək, risklərə meyllilik arzuolunmazdır. Xüsusən də saat 15-dən sonra ayıq-sayıq olun.
ŞİR - Bütün gücünüzü fəaliyyətə həsr etsəniz, ötən günlərdən yarımçıq qalmış problemləri dəf edəcəksiniz. Uzaq səfərə çıxmaq fikrindən daşının. İşgüzar sövdələşmələrdən yan keçməyin.
QIZ - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getməksə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.
TƏRƏZİ - Rastlaşdığınız problemləri dinc yolla həll etməyə çalışın. Kənar müdaxilələrə o qədər də əhəmiyyət verməyin. Günün ikinci yarısı aldığınız hər bir dəvəti təxirə salın.
ƏQRƏB - Ulduzların sizə verdiyi tarixi fürsətdən bəhrələnməyə çalışın. Bütün gücünüzü səfərbər edin. Boş dayanmaq məğlubiyyətdir. Yaxşı mənada hər bir vasitədən istifadə edin.
OXATAN - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyə ehtiyacınız olacaq.
OĞLAQ – Bu gün saat 15:12-dən öz bürcünüz "hakimiyyətə" gəlir. Bu isə o deməkdir ki, digər bürclərlə müqayisədə ən enerjili siz olacaqsınız. Ulduzlar daha çox maliyyə imkanlarınızın genişlənəcəyini bildirir.
SUTÖKƏN - Ətrafınızdakıların sizin kimi olmamasından məyus olursunuz. Unutmayın ki, hər kəsin öz xarakteri var və reallığa düzgün yanaşmalısınız. Kobud adamlara qarşı sərt mövqe sərgiləyin.
BALIQLAR - Hər bir münaqişədən uzaq olmağa çalışın. Rəqib və düşmənlərinizdən qisas almaqdansa yarımçıq planlarınızı yekunlaşdırın. Ailə-sevgi münasibətlərində səbrli və mülayim olun.
-
İKT23:24
İki qurum kiberdələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO