ABŞ və Kuba danışıqlar masası arxasında oturdular
Bizi izləyin

Dünya

ABŞ və Kuba danışıqlar masası arxasında oturdular

ABŞ və Kuba münasibətləri tarixində yeni səhifə açılır. Tərəflər Havanada ilk dəfə olaraq danışıqlar masası arxasında oturublar. Vaşinqton “Azadlıq Adası”na tətbiq olunmuş ticarət blokadasını aradan qaldırmağı vəd edib.

Danışıqların ilk raundunu şərh edən Havana və Vaşinqton təmsilçiləri ilk addımın atıldığını, lakin yolun sonuna hələ çox qaldığını bildiriblər.

Danışıqlarda səfirliklərin aşılması, mühacirlərin problemləri və Kubada insan haqlarının qorunması məsələləri müzakirə olunub.

ABŞ-Kuba münasibətlərdə irəliləyiş keçən ilin dekabr ayında başlamışdı. O zaman Prezident barak Obama Kubanın üzərindən ticarət blokadasını qaldırmaq və diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu bəyan etmişdi. Raul Kastro da öz növbəsində bu qərarı dəstəkləmiş, lakin bütün hallarda kommunist partiyasının hakimiyyətdə qalacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm