AŞPA Rusiyaya 24 saat vaxt verdi
Bizi izləyin

Dünya

AŞPA Rusiyaya 24 saat vaxt verdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyada həbsdə saxlanılan Ukrayna xalq deputatı Nadejda Savçenko ilə bağlı Moskva qarşısında tələblə çıxış edib.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, AŞPA Savçenkonun 24 saat ərzində ya Ukraynaya, ya da üçüncü tərəfə verməyi tələb edib.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir.

Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqi bölgələrinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatları “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb. “Bundan sonra ərazi atəşə tutulub və Rusiya jurnalistlər peşə borclarını yerinə yetirərkən həlak olub”, - istintaq materialında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm